Rusiyanın yaşayış binasına endirdiyi zərbə nəticəsində həyatını itirənlərin xatirəsinə görə 15 may Kiyevdə matəm günü elan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib. O, qeyd edib ki, hücum nəticəsində ölənlərin sayı səkkizə çatıb.
Məlumata görə, şəhərdə dövlət bayraqları endiriləcək və əyləncə xarakterli tədbirlər məhdudlaşdırılacaq. Axtarış-xilasetmə işləri isə davam edir.
Tahir Turan
Globalinfo.az