sUBAT2023 kiev1 900x600 2

Ukrayna kəşfiyyatı döyüş bölgəsində ələ keçirilən Rusiya silah və hərbi texnikasını təhlil edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Nəticədə silahların istehsalında istifadə olunan xarici texnologiyalar və elektron komponentlərlə bağlı yeni məlumatlar üzə çıxıb.

Bildirilib ki, toplanan məlumatlar Ukraynanın beynəlxalq tərəfdaşları ilə də paylaşılır.

Bunun əsas məqsədi Rusiyanın hərbi sənayesinin istifadə etdiyi komponentlərin mənşəyini müəyyənləşdirmək, tədarük marşrutlarını izləmək və tətbiq olunan sanksiyaların təsirini gücləndirməkdir.

“Araşdırma nəticəsində Rusiya istehsalı olan raketlərdə, pilotsuz uçuş aparatlarında və digər müasir silah sistemlərində Qərb ölkələri, Asiya və başqa regionlarda istehsal edilmiş elektron hissələrin istifadə olunduğu müəyyən edilib”, – deyə kəşfiyyat məlumatında qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: