Ukrayna kəşfiyyatı: “Bütün quşlar Moskvaya qədər uçdu”

Ukrayna kəşfiyyatı iyulun 24-də səhər saatlarında Moskvada baş vermiş dron hücumunu şərh edib.

Globalinfo.az xəbər verir ki, şərhdə “Bütün quşlar Moskvaya qədər uçdu” cümləsi xüsusilə diqqət çəkib.

Bildirilib ki, Moskvaya pilotsuz uçuş aparatlarının hücumu Ukraynanın Kəşfiyyat Baş İdarəsinin xüsusi əməliyyatı olub.

Qeyd edək ki, PUA hücumu Moskvada məxfi obyektlərin yerləşdiyi ünvana edilib.

Zaira Akifqızı
Globalinfo.az