Ukrayna ilə danışıqlara hazırıq – Putin

“Qərb qoşunlarının Ukraynaya daxil olması eskalasiyadır və Avropada münaqişəyə və qlobal münaqişəyə doğru daha bir addımdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin bu günkü çıxışında deyib.

“Qərb qoşunlarının Ukraynada yerləşdirilməsinin yaxşı və düzgün qərar olduğunu düşünmürəm. Bu, çıxış yolu deyil, eskalasiyadır və Avropada ciddi qlobal münaqişəyə səbəb ola bilər. Buna ehtiyac varmı? Rusiya Ukrayna ərazisində kimin olmasına baxmayaraq lazım bildiyini edəcək”, – deyə Putin bildirib.

O, həmçinin Ukrayna ilə münasibətlərə də toxunub:

“Rusiya Ukrayna üzrə danışıqlar prosesini davam etdirməyə hazırdır, lakin ona nə təklif olunacağı məlum deyil”.

Safura Bənnayeva
Globalinfo.az