ukrayna ordusu 15

Professor Con Mirşaymer RusiyaUkrayna münaqişəsində Rusiyanın üstünlük qazandığını bildirib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “The European Conservativev” nəşrinə məlumat verib.

Mirşeymer qeyd edib ki, münaqişə çox güman ki, Rusiyanın Ukrayna üzərində qələbəsi ilə başa çatacaq. O, bunun əsas səbəbi kimi Rusiyanın güclü sənaye potensialını, böyük əhalisini və çoxsaylı artilleriya qurğularını göstərib:

“Müharibə davam etdikcə Ukrayna tükənir. Amma heç kim bunun fərqində deyil. Müharibənin sonu dəhşətli ola bilər. Hazırda vaxt var və bu, müharibənin bitməsi üçün real şansdır”.

Ekspert əlavə edib ki, Kiyevin Moskva ilə münaqişəni davam etdirmək üçün kifayət qədər resursu yoxdur və Qərbin Ukraynaya dəstəyi zəifləməkdədir. Mirşaymer vurğulayıb ki, Ukraynalılar üçün ən optimal yol Moskvaya getmək və Krım ilə şərq bölgələrinin itirilməsini qəbul etmək ola bilər.

Mütəxəssisin fikrincə, Ukrayna Rusiya ilə münaqişəni uzun müddət davam etdirə bilməz və vəziyyət xarici tərəfdaşlardan asılı olaraq dəyişir.

Tahir Turan

Globalinfo.az

Paylaş: