“Ukrayna ilə bağlı bu məsələ Rusiya üçün vacibdir” – Putin

KMO 194982 00209 1 t222 215344

“Ukrayna prezidentinin legitimliyi Rusiya üçün vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Rusiya üçün sənədlərin imzalanması zərurəti yaransa, bu zaman Ukrayna prezidentinin legitimliyi məsələsi xüsusi önəm daşıyacaq.

“Volodimir Zelenskinin legitimliyi ilə bağlı suala Ukraynanın hüquqi və siyasi sistemi cavab verməlidir. Bizim üçün bu, çox önəmlidir. Söhbət hansısa sənədlərin imzalanmasından gedirsə, belə taleyüklü məsələdə legitim şəxsin olması vacibdir. Bu, açıq-aşkar faktdır”, – Putin deyib.

Rusiya lideri həmçinin bildirib ki, Rusiya Ukrayna böhranının həlli ilə bağlı ona ultimatumların təqdim edilməsinə icazə verməyəcək.

“Moskvanın sülh danışıqlarının aparılması üçün əsası var. Xüsusən də 2022-ci ilin martında İstanbulda əldə olunmuş razılaşmalar mövcuddur. Bu sənəddə Ukrayna tərəfinin nümayəndəsinin imzası var. Rusiya heç vaxt danışıqlar prosesini tərk etməyib. Ukraynanın özü son anadək hərbi əməliyyatların davam edəcəyini açıqlayıb”, – Putin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az