Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ukrayna Şimali Atlantika Alyansı və Rusiya arasında yenidən bufer zonası olacaq.
“Əslində müharibə Ukraynaya görə deyil, “Ukrayna” adlanan əraziyə görədir. Həmin ərazi isə NATO və Rusiya arasında münaqişə zonası olub və indi də NATO-nun nəzarəti altındadır. Avropalı və amerikalı liberalların Rusiyanın bir kənarda dayanıb sadəcə müşahidə edəcəyini düşünməklərini anlamıram. Artıq məlumdur ki, onların cəhdi uğursuz oldu. Ukrayna və ondan qalanlar bufer zonasına çevriləcək. Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq”, – Orban qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az