Lukaşenkodan Ukraynanın təklifinə qəribə reaksiya

Ukrayna Belarusa hücum etməmək haqqında pakt imzalamağı təklif edib.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bununla belə Kiyevin Belarusun milli təhlükəsizliyinə potensial təhdid olan döyüşçülərin hazırlanmasını davam etdirdiyini bildirib:

“Bilmirəm ki, bu, ukraynalıların nəyinə lazımdır. Bir tərəfdən bizdən xahiş edirlər ki, biz heç bir halda Ukrayna ilə vuruşmayaq, ordumuz oraya hərəkət etməsin. Üstəlik, hücum etməmək haqqında pakt imzalamağı təklif edirlər. Digər tərəfdən isə döyüşçülər hazırlayıb, onları silahlandırırlar”.

Qeyd edək ki, bəzi ekspertlər Belarusun müharibəyə qoşulmasının III Dünya müharibəsinə səbəb olacağını iddia edirlər.

Aqşin
Globalinfo.az