mertz

Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampla telefon danışığı keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Kiyevdəki vəziyyəti, xüsusən də Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə ediblər.

Telefon danışığı zamanı Tramp Kiyevə silah tədarükü ilə bağlı heç bir öhdəlik götürməyib.

“Der Spiegel” yazır ki, hələ may ayında Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-a “Patriot” sistemlərini Ukraynaya təhvil verməyi təklif edib. Lakin ABŞ bu məsələni NATO-nun Haaqa sammitində qaldırmayıb.

Buna baxmayaraq iyulun ortalarında Pistoriusun Vaşinqtona gedəcəyi və orada bu məsələni yenidən müzakirə edəcəyi gözlənilir.

Əliyar Xəlil

Globaalinfo.az

Paylaş: