Ukrayna bu səhər İranın 9 kamikadze-dronunu zərərsizləşdirdi

“Bu gün səhər saatlarında Ukraynanın hava-hücumundan müdafiə vasitələri 9 ədəd İran istehsalı “Shahed-136” adlı kamikadze-dronlarını zərərsizləşdirib”.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, bu barədə məlumatı Ukrayna Hərbi Hava Qüvvələrinin Mətbuat xidməti yayıb.

Məlumata görə, sözügedən pilotsuz uçuş aparatları Nikolayev vilayətində zərərsizləşdirilib.

Daha əvvəl yayılan məlumatda isə, Ukrayna Hərbi Hava Qüvvələrinin oktyabrın 11-i Ukraynanın müxtəlif bölgələrində İranın 13 PUA-sını zərərsizləşdirdiyi bildirilib.