Putin xerite 3

Rusiya silahlı qüvvələri Ukraynanı Qara dənizdən ayırmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi ekspert Aleksandr Kots öz Teleqram kanalında bildirib.

Kotsun sözlərinə görə, Rusiya ordusu limanlara, nəqliyyat infrastrukturuna və enerji obyektlərinə zərbələr endirməklə Ukraynanın dənizlə əlaqəsini kəsir.

“Hücumların Odessa bölgəsinə təsiri xüsusilə böyükdür və bu, Kiyevin maliyyəsinə ağır zərbə vurur. Kots əlavə edib ki, Qara dəniz və Dunay limanları vasitəsilə həyata keçirilən taxıl və digər malların nəqli Ukraynanın idxal və ixracında əhəmiyyətli rol oynayır, bu səbəbdən dəniz logistikası ölkə üçün strateji önəm daşıyır”, – Kots bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: