Ukrayna Almaniyadan istədiyi silaha gül buketi ilə eyham vurdu – FOTO

 

Xəbər verdiyimiz kimi, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bu gün səhər Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun “Ukraina Seqodnya”ya istinadən məlumatına görə, Almaniya Prezidenti Kiyevə gəldikdə ona süsən (iris) gülü buketi təqdim edilib.

Bildirilir ki, Ukrayna bununla Almaniyadan istədiyi “IRIS-T” hava hücumundan müdafiə sistemlərinə eyham vurub.