Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Ukrayna 84 rus hərbçisini Moskvaya, Rusiya da eyni sayda ukraynalı hərbçini Kiyevə təhvil verilib.
Mübadilə üçün danışıqlarda BƏƏ vasitəçilik edib.

Əliyar Xəlil
Globalinfo.az