Ukrayna 20 illik münaqişəyə son qoydu

Ukrayna və Rumıniya Dunay-Qara dəniz kanalının tikintisi zamanı tələblərin yerinə yetirilməməsi ilə bağlı 20 ildir davam edən dövlətlərarası mübahisəni həll ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın ekologiya naziri Ruslan Strelets məlumat yayıb.

“Ukrayna Espoo Konvensiyasına uyğun olaraq, Avropaya inteqrasiya öhdəliklərinə əməl edir. Rəsmi Kiyev mehriban qonşuluq münasibətlərinə və beynəlxalq hüquq normalarına əməl olunmasına biganə deyil. Biz ortaq dil tapmaq və keçmişin səhvlərini düzəltmək istəyirik”, – nazir bildirib.

Safura Bənnayeva
Globalinfo.az