araqci uitkoff

“İslamabadda amerikalı və iranlı nümayəndələr arasında aparılan müzakirələr az qala fiziki qarşıdurmaya çevrilirdi”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli jurnalist Çetiner Çetin deyib.

Onun iddiasına görə, İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Hörmüz boğazının idarə olunması məsələsi ətrafında ciddi fikir ayrılığı yaranıb.

Gərgin mübahisənin demək olar ki, davaya çevrildiyi qeyd olunur.

Xatırladaq ki, aprelin 11-də ABŞ və İran qrupları Pakistanın vasitəçiliyi ilə 20 saatdan çox davam edən danışıqlar apardılar.

Görüşdə Hörmüz boğazı, nüvə proqramı, sanksiyaların ləğvi və regionda hərbi əməliyyatlara son qoyulması ilə bağlı məsələlər müzakirə edildi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: