stiven uitkoff

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffu daşıyan təyyarə Moskvaya çatıb.

Globalinfo.az bildirir ki, bu barədə TASS-a aviadispetçerlərdəki dairələr məlumat verib.

“Ötən axşam ABŞ-dan yola düşən Uitkoffu daşıyan təyyarə Moskvaya çatıb”, – agentliyin mənbəsi bildirib.

Vnukovo hava limanında S.Uitkoffu Rusiya İnvestisiya Fondunun rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Paylaş: