ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun sevdiyi rus yeməyi ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Moskva 24” Telegram kanalı məlumat yayıb.
“O, Moskvaya gələndə yeməkləri “Savva” restoranı təmin edib. Məlum olub ki, siyasətçilərə yağda qızardılmış kiçik Ural xəmirləri verilib. Uitkoff çeburekini xüsusilə sevir”, – deyə bildirilib.
Qeyd edək ki, çebureki xəmirdən hazırlanmış, içində ət və soğan olan, yağda qızardılmış küçə yeməyidir.
Əliyar Xəlil
Globalinfo.az