UFC: Gecənin əsas döyüşləri – FOTOLAR

5 7 scaled

Bakı Kristal zalında “UFC Döyüş Gecəsi” start götürüb.

Globalinfo.az xəbər verir ki, gecədə 12 döyüş keçiriləcək:

“UFC Döyüş Gecəsi”

İlkin sıralama

1) Yarım yüngül çəki: İrina Alekseeva (5-2-0, Rusiya) – Klaudiya Siqula (6-2-0, Polşa) – Siqula hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 30:27, 30:27, 30:27. Bu, Alekseyevanın ardıcıl ikinci məğlubiyyəti olub.

2) Yarım orta çəki: Sok Hyön Ko (1-0-0, Cənubi Koreya) – Oban Elliott (12-2-0, Uels) – Sok Hyön Ko qalib gəlib.

3) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Muhammad Usman (11-4-0, Nigeriya) – Muhammad Usman hakimlərin qərarı ilə qələbə qazanıb. Hər üç hakim qələbəni nigeriyalı döyüşçüyə verib. Bununla da Usman iki məğlubiyyətdən sonra qalib gəlib və nəticə elan olunduqda göz yaşlarına hakim ola bilməyib. Misirli döyüşçü isə karyerasında ilk məğlubiyyətlə üzləşib.

4) Yarım yüngül çəki: Melissa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova (9-2-0, Rusiya) – Jeleznyakova hakimlərin qərarı ilə qalib gəlib – 29:28, 30:27, 30:27. Rusiyalı döyüşçü rəqibindən revanş alıb və karyerasında 10-cu qələbəsini qazanıb.

5) Orta çəki: İsmail Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon (18-6-0, Cənubi Koreya) – Pak Çun Jon qalib gəlib.

6) Super yüngül çəki: Tagir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan) – Tagir Ulanbekov hakimlərin qərarı ilə qələbə qazandı – 29:28, 30:27, 30:27. Bu, rusiyalı döyüşçünün ardıcıl dördüncü qələbəsidir.

Əsas sıralama, döyüşlər təqribən saat 23:00-da başlayacaq:

7) Yarım yüngül çəki: Muhammad Nayimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya) – döyüş davam edir.

8) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya)

9) Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya)

10) Yüngül çəki: Tofiq Musayev (debütant, Azərbaycan) – Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan)

11) Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili)

12) Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xalil Rauntri Jr (14-6-0, ABŞ).

1 6 scaled 2 8 scaled 3 4 scaled 4 4 scaled 6 6 scaled 7 4 scaled 8 1 scaled 9 3 scaled