UEFA Millətlər Liqası: Türkiyə 3:0 hesabla adını A Liqasına yazdırıb

photo 2025 03 23 23 06 17

Türkiyə milli komandası UEFA Millətlər Liqasının pley-off mərhələsində Macarıstanla keçirdiyi cavab oyununda qələbə qazanaraq A Liqasına yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

İlk matçda 3:1 hesablı üstünlük əldə edən Türkiyə yığması səfərdə də inamlı oyun nümayiş etdirib. Türkiyə millisi 3:0 hesablı qələbə ilə UEFA Millətlər Liqasının A Liqasına yüksələ bilib.

Aysel Əliyeva
Globalinfo.az