“Qarabağ” – “Atletik” oyunu başa çatıb.
Globalinfo.az xəbər verir ki, meydan sahibləri görüşü 3-1 hesablı qələbə ilə bitirib.
“Qarabağ” bu seriyada ilk məğlubiyyətini yaşayıb.
***22:33
“Qarabağ” – “Atletik” qarşılaşmasında rəqib komanda üçüncü qola imza atıb.
Globalinfo.az xəbər verir ki, 88-ci dəqiqə Quruzeta top fərqini 2-yə qaldırıb.
***22:14
“Qarabağ” – “Atletik” qarşılaşmasında meydan sahibləri hesabda önə çıxıblar.
Globalinfo.az xəbər verir ki, 70-ci dəqiqədə Navarronun qolu “Atletik”i 2-1 hesabı ilə önə çəkib.
***21:50
“Qarabağ” – “Atletik” qarşılaşmasında ilk hissə başa çatıb.
Globalinfo.az xəbər verir ki, komandalar fasiləyə bərabərliklə yollanıb.
“Qarabağ 1 – 1 “Atletik”
***21:26
“Qarabağ” – “Atletik” oyununun 40-cı dəqiqəsində rəqib komanda hesabı bərabərləşdirib.
Globalinfo.az xəbər verir ki, qolun müəllifi Qorka Quruzeta olub.
***20:47
“Qarabağ” – “Atletik” oyununda hesab açılıb.
Globalinfo.az xəbər verir ki, oyunun birinci dəqiqəsində Andrade rəqib qapısından top keçirərək “Qarabağ“ı 1-0 hesabı ilə irəli çıxarıb.
***20:47
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda “Qarabağ” – “Atletik” oyunu başlayıb.
Globalinfo.az xəbər verir ki, oyun İspaniyanın “San Mames” stadionunda keçirilir.
Xatırladaq ki, “Qarabağ” daha əvvəl keçirilən iki oyundan qalib kimi ayrılıb.
“Benfika” (Portuqaliya) ilə qarşılaşma “Qarabağ“ın 3-2 hesablı qələbəsi ilə bitib. Danimarkanın “Kopenhagen” klubu isə qapımızdan qol keçirə bilməyib. Oyun “Qarabağ“ın 2-0 üstünlüyü ilə bitib.