“Qarabağ“–”Napoli” qarşılaşması başa çatdı.
Globalinfo.az xəbər verir ki, oyun rəqib komandanın 2:0 hesablı qələbəsi ilə bitib.
***
“Qarabağ“–”Napoli” qarşılaşmasında avtoqol qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, “Qarabağ“ın oyunçusu Yankoviçin ayağına dəyən top 72-ci dəqiqədə qapımızdan keçib.
***
“Qarabağ” – “Napoli” qarşılaşmasında ilk qol vurulub.
Globalinfo.az xəbər verir ki, oyunun 66-cı dəqiqəsində MakTominay hesabı açıb.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Qarabağ” İtaliyanın “Napoli” klubu ilə qarşılaşır.
Globalinfo.az xəbər verir ki, oyun “Stadio Diego Armando Maradona”da keçirilir.
Xatırladaq ki, liqa çərçivəsində “Qarabağ” artıq dörd oyun keçirib. Portuqaliyanın “Benfika” klubu üzərində 3-2, Danimarkanın “Kopenhagen” klubu üzərində isə 2-0 hesablı qələbəsindən sonra təmsilçilərimiz İspaniyanın “Atletik Bilbao” klubuna 1-3 məğlub olub. Sonuncu qarşılaşmasında – İngiltərənin “Çelsi” klubu ilə oyununda isə hesab bərabər, yəni 2-2 bitib.