UEFA “Barselona”nı cəzalandırdı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən PSJ – “Barselona” matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, qurumun İntizam Komitəsi İspaniya klubunu cəzalandırıb.

Belə ki, Kataloniya təmsilçisinin azarkeşlərinin PSJ ilə Çempionlar Liqası oyunlarında irqçi ifadələr səsləndirməsi bu qərara səbəb olub. Klub ali futbol qurumuna 32 000 avro ödəməli olacaq.

“Barselona”nın növbəti səfər oyununa bilet satışına şərti qadağa qoyulub. Sınaq müddəti bir il təyin edilib.

Qeyd edək ki, səfərdə 3:2 hesablı qələbə qazanan “Barselona” cavab oyununda 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.