UEFA Avropa Liqası: “Qarabağ” daha bir tarix yazdı

Matç 1-1 başa çatıb və komandamız növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

***

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ” və Sloveniya “Olimpiya”sı arasında keçirilən cavab oyununda ikinci hissəyə start verilib.

İlk 45 dəqiqədən sonra hesab 1:1-dir.

***

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Olimpiya” (Sloveniya) cavab oyununda ilk hissə 1:1 hesabı ilə başa çatıb. 

***

Qonaq komanda 36-cı dəqiqədə hesabı bərabərləşdirib.

Rəqibin oyunçusu Dioqo Pinto fərqlənib.

***

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ” və Sloveniya “Olimpiya”sı arasında keçirilən cavab oyununda hesab açılıb.

24-cü dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib – 1:0.

***

“Qarabağ” və “Olimpiya” matçı start götürüb.

Matçı canlı olaraq BURADAN izləyə bilərsiniz.

***

Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Sloveniya “Olimpiya”sının start heyəti bəlli olub.

Globalinfo.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.

“Olimpiya”: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 6. Mateo Karamatiç, 14. Marsel Ratnik, 43. Alyaj Krefl, 10. Timi Elşnik, 23. Dioqo Pinto, 34. Aqustin Doffo, 20. Nemanya Motika, 37. Pedro Lukas, 99. Rui Pedro.

Baş məşqçi: Joao Enrike.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan təmsilçisi ilk görüşdə iki cavabsız qolla qalib gəlib.