UEFA 8 klubumuza pul ödədi – Siyahı

UEFA Millətlər Liqası turnirinin 2022/2023-cü illər mövsümündə futbolçuları mili komandaların heyətində çıxış etmiş 8 klubumuza pul ayırıb.

Globalinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki,  UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların bank hesabına köçürülüb:

“Qarabağ” – 215 881 avro
“Neftçi” – 73 180 avro
“Sabah” – 51 226 avro
“Zirə” – 43 908 avro
“Sumqayıt” – 40 249 avro
“Qəbələ” – 18 295 avro
“Şamaxı” – 10 977 avro
“Səbail” – 7318 avro