Üçtərəfli görüşün saatı bilindi – Aİ məlumat yaydı

İyulun 15-i Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Mətbuat xidməti məlumat yayıb.

Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşü yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00) planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Brüsseldə keçiriləcək üçtərəfli görüşün 21 iyulda keçirilməsi planlaşdırılsa da, bu tarix 15 iyula dəyişdirildi.