Üçtərəfli bəyanat aktuallığını qoruyur – Rusiya XİN

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun alternativi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə  Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, regionda kommunikasiyaların açılması üçün alternativ mexanizm yoxdur:

“2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu, əlbəttə ki, hazırkı şəraitdə aktuallığını qoruyur. Rusiya regional nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin şərtlərinin işlənib hazırlanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası daxil olmaqla, bütün istiqamətlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazırdır. Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində əlaqələrin intensivləşdirilməsinin tərəfdarıyıq. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üçün sadəcə olaraq alternativ etibarlı mexanizm yoxdur”.