Ucarda mühafizəçi iş yerində ölü tapıldı

Ucar sakini iş yerində ölü tapılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Şakir Xasıyevin rayon ərazisində fəaliyyət göstərən sexin mühafizə otağında meyiti aşkarlanıb.

Şakir Xasıyevin iki ilə yaxındır həmin sexdə çalışdığı bildirilir.

O, özəl mühafizə fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.