Uçan avtomobil təqdim olundu – Şok qiymət / VİDEO

ucan mashin

Slovakiyada ilkin sifariş qiyməti 800 min dollardan 1 milyon dollara qədər “AirCar 2” uçan idman avtomobili təqdim olunub.

Globalinfo.az xəbər verir ki, uçan avtomobilin seriyalı istehsalına 2026-cı ildə başlanacaq.

“Top Gear”ın məlumatına görə, avtomobil havada 250 km/saat, yolda isə 200 km/saat sürətlənməyə qadirdir. Uçuş rejiminə keçmək təxminən 80 saniyə çəkir və səmada enerji ehtiyatı 1000 km-ə çatır.