Üç ölkənin Azərbaycana qarşı birgə planı: masada yeni ssenari var – VİDEO

Son vaxtlar İran-Ermənistan münasibətləri yenidən diqqət mərkəzinə gəlib. Hər iki ölkənin rəsmilərinin ard-arda görüşləri, səfərləri intensivləşib. Tehran və İrəvan həm siyasi, həm hərbi müstəvidə əməkdaşlığı daha da artırırlar.

Ermənistanın müdafiə naziri Suren Papikyanın İrana bu günlərdə etdiyi səfər də həssaslıqla izlənir. S.Papikyan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb. Onu prezident İbrahim Rəisi də qəbul edib.

Ermənistanla İran arasında münasibətlərin yenidən istiləşməsi nədən xəbər verir? Prosesin arxasında hansı geopolitik maraqlar dayanır? Fransanın bu məsələdə nə kimi rolu ola bilər?

Globalinfo.az saytının təsisçisi, siyasi yazar Azər Ayxan ARB24 kanalının “İşgüzar səhər” proqramında aparıcı Çinarə Nurməmmədova ilə İran-Ermənistan münasibətləri, bu məsələdə Fransanın rolu barədə danışıb.

Verilişin videosunu təqdim edirik: