Üç ölkədən İsrailin Rəfah əməliyyatına etiraz

Kanada, Avstraliya və Yeni Zelandiya rəsmiləri Qəzzadakı hərbi əməliyyatların fəlakətli nəticələri barədə xəbərdarlıq edib və İsraili atəşkəsə çağıran birgə bəyanat yayımlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kanada, Avstraliya və Yeni Zelandiya baş nazirlərinin birgə bəyanatında bildirilib.

“İsrailin Rəfaha qurudan hücum planlaşdırdığına dair əlamətlər bizi dərindən narahat edir. Ordakı hərbi əməliyyatlar fəlakətlə nəticələnəcək. Bu cür kütləvi müdaxilə dağıdıcı olacaq. Dərhal humanitar atəşkəs vacibdir”, – bəyanatda vurğulanıb.