Üç il əvvəl işğaldan azad edilən ərazilər

Üç il bundan öncə məhz bu gün müzəffər ordumuz Füzuli və Xocavənd rayonları istiqamətlərində bir sıra uğurlar qazanıb.

Globalinfo.az xatırladır ki, Azərbaycan Ordusu həmin gün Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu kəndlərini düşmən tapdağından azad edib.

Eyni gündə Xocavənd rayonunun beş kəndi də Ermənistan işğalçılarından təmizlənib.

Həmin kəndlər bunlardır: Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndləri.

Bildirək ki, Prezident qələbə sevincini “tweet” ataraq da xalqla bölüşmüşdü.