bakiii

Yer kürəsində güclü maqnit qasırğası gözlənilir.  

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, Günəşin atdığı plazma sentyabrın 2-nə keçən gecə Yerə çatacaq və G3 səviyyəsində güclü maqnit qasırğalarına səbəb olacaq:

“Hesablamalara görə, günəş maddəsi Yerə sentyabrın 1-də gecə yarısı gələcək. Plazma yüksək sürətə malikdir, təxminən 900 km/s. O,  G3 səviyyəli tufanlara səbəb olacaq. Üç aydır ki, maqnitosferdə belə pozuntular müşahidə olunmur”.

Məlumata görə, fırtınaların daha da güclü olması və G4 səviyyəsinə çatması mümkündür:

“Maqnit qasırğaları təkcə sentyabrın əvvəlində baş verməyəcək. Güclü günəş alovları və Yer kürəsinə təkrar plazma emissiyaları ehtimalı yüksək olaraq qalır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: