Tvitter loqosunu dəyişdi

Bu gün Tvitter sosial şəbəkəsi loqosunu “X” (iks) hərfi ilə dəyişib.

Globalinfo.az xəbər verir ki, hazırda saytda adət etdiyimiz mavi quşcuğaz əvəzinə “X” hərfi əks olunub.

Sosial şəbəkənin sahibi İlon Mask daha öncə elan edib ki, bundan sonra sayta X.com ünvanı vasitəsilə girmək mümkün olacaq və yaxın zamanlarda sosial şəbəkənin loqotipi dəyişəcək.