Tviterdən sonra Meta da kütləvi ixtisarlara başlayır

Texnologiya nəhəngi Meta (keçmiş “Facebook”) şirkəti əməkdaşlarını kütləvi şəkildə ixtisar etməyi planlaşdırır.

Globalino.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ixtisarların bu həftə başlayacağı və bir neçə min əməkdaşa şamil ediləcəyi gözlənilir.

Bildirilir ki, sözügedən bu ixtisarlar şirkət tarixində öz sayına görə ilk belə hadisə olacaq.

Hazırda Meta şirkətində 87 000-dən çox əməkdaş çalışır.

Xatırladaq ki, amerikalı milyarder İlon Mask tviter sosial şəbəkəsini əldə etdikdən sonra şirkətin təqribən 3700 əməkdaşını işdən azad edəcəyini açıqlayıb. Tviter isə hazırda 7500-ə yaxın əməkdaşa sahibdir.