TÜRKPA 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı

Türk Dövlətləri Parlament Assambleyası 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.

Globalinfo.az xəbər verir ki, qurumun sənədində qeyd olunub:

“SSRİ rəhbərliyinin əmri ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən ən qanlı gecədən 24 il ötür. Sovet qoşunlarının törətdiyi yanvar faciəsi nəticəsində 150 dinc sakin həlak olub, daha 744 nəfər, o cümlədən qadınlar, uşaqlar və qocalar, tibb işçiləri və polis əməkdaşları yaralanıb. 1990-cı ilin faciəli hadisələrinin qurbanları simvolik olaraq “20 Yanvar şəhidləri” adlanır. Ümumilikdə Azərbaycanda 150 “20 Yanvar şəhidi” var.

Qardaş xalqın milli birliyinin və vətənpərvərlik rəmzinə çevrilən bu gündə TÜRKPA Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini ehtiramla yad edir.

Allah şəhidlərin ruhunu şad etsin!”.