Abrahamyan erməni mifini darmadağın etdi: “32 il ərzində…”

“32 il ərzində əziyyətlə qazandığımız hər şeyi itirdik, günah özümüzdədir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi analitik Hrant Ter-Abrahamyan deyib.

“Guya Türkiyə və Rusiya dağılacaq, Fransa bizi xilas edəcəkdi, amma hər şey başqa cür oldu. Bu gün türklərin belə bizə yazığı gəlir. Məğlubiyyətin tək günahkarı özümüzük, real danışmaq lazımdır. Bizi xalq deyil, ən yaxşı halda cəmiyyət adlandırmaq olar. Ermənistan dövləti, ordusu yox idi, bunları sonradan qazandıq. Lakin onsuz da kiçik olan Ermənistanın daha bir parçasını (30 il işğalda saxladıqları Qarabağı nəzərdə tutur – red.) itirdik. Biz qorxaq olmuşuq və hələ də qorxağıq. Sadəcə axmaq deyil, həm də siyasi axmağıq”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az