sabah fener lyon

Türkiyənin sosial şəbəkə seqmentində “Sabah”ın UEFA Çempionlar Liqasındakı çıxışı “Fənərbağça” ilə müqayisə olunub.

Globalinfo.az xəbər verir ki, Azərbaycan çempionunun turnirdəki mübarizəsini alqışlayan türklər “Fənərbaxça”nın uzun müddətdir Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməməsinə eyham vurublar.

Paylaşımda “Sabah”ın Çempionlar Liqasındakı mübarizəsi ön plana çıxarılıb.

Türkiyəli istifadəçilər və futbol səhifələri bu müqayisə ilə “Fənərbaxça”nın Çempionlar Liqasına 16 illik həsrətinə ironik şəkildə toxunublar.

Bildirilir ki, 8 il əvvəl yaradılan və 17 milyon avro dəyərində olan “Sabah” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandığı halda, 120 illik “Fənərbağça” klubu on milyonlarla avroluq transferlərə baxmayaraq, bunu bacara bilmir.

Qeyd edək ki, İstanbul təmsilçisi sonuncu dəfə 2008/09 mövsümündə Çempionlar Liqasının əsas mərhələsində çıxış edib.

WhatsApp Image 2026 08 26 at 11.04.05

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: