Türkiyəyə qarşı gecə təxribatı – Ərdoğanın səhhəti…

Bu gün Rusiya mənbələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı dezinformasiya yayılıb.

Globalinfo.az xəbər verir ki, Türkiyənin rəsmi şəxsləri bu xəbərlərin əsassız olduğunu bildirib. Belə ki, Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi Türkiyə liderinin infarkt keçirməsi ilə bağlı xəbərləri təkzib edib:

“Hörmətli Prezident R.T.Ərdoğan sabah “Akkuyu” AES-ə nüvə yanacağının yüklənməsi mərasiminə onlayn formatda qatılacaq”, – deyə bildirilib.

Həmçinin Türkiyə vitse-prezidenti Fuad Oqtay Prezident Ərdoğanın səhhətinin yaxşı olduğunu bildirib və onun yüngül soyuqladığını qeyd edib.

Bu gün rus mətbuatı Kremldə hərəkətlilik olduğunu əks etdirən video yayımlayıb və Putinin təcili işə geri dönməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə əlaqələndirib.

Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bir neçə media orqanına müsahibə verərkən, özünü yaxşı hiss etmədiyini deyib və yayım dayandırılmışdı. Qısa aradan sonra isə yayım bərpa edilmişdi. Ərdoğan bildirmişdi ki, iki gündür gərgin təbliğat kampaniyasındadır və bir qədər soyuqlayıb.

Globalinfo.az