q 07

Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bir sıra layihələrdə iştirak edir.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın Qəbələyə ezam olunmuş əməkdaşına özəl açıqlamasında Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

    Ömer Bolat deyib ki, Türkiyə şirkətləri Qarabağın bərpası ilə bağlı 5 milyard dollarlıq layihələr həyata keçirir (Söhbət Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə tikinti, bərpa və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələrdə podratçı kimi iştirakından gedir-red.)

    Paylaş: