pua 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, 2023-cü ildə dünya üzrə PUA satışlarının 65%-i Türkiyə tərəfindən həyata keçirilib.

Bu siyahıda hansı ölkələr yer alır?

Globalinfo.az-a danışan türkiyəli hərbi ekspert Abdullah Ağar deyib ki, Türkiyənin istehsal etdiyi PUA-lar maliyyə və səmərəlilik baxımından bir çox dünya ölkələrinin diqqət mərkəzindədir:

“Türkiyə bir çox ölkəyə PUA satışını həyata keçirir. Türkiyənin dünyanın ən böyük İHA (insansız hava aracı – silahlı insansız hava aracı) ixracatçısı olduğu açıqlanıb.

abdulah agar

Abdullah Ağar

Lakin onlar arasında Ermənistan yer almır. Rəsmi İrəvan daha çox Hindistan, İran, Fransa və Rusiyadan hərbi texnikalar alır”.

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Türkiyə PUA istehsalı istiqamətində dünyada ilk beşlikdə yer alır:

“Türkiyə istehsalı PUA-lar Suriya, Livya, Ukrayna və Qarabağ müharibəsində geniş istifadə olunub. Türkiyə zərbə tipli, müşahidə məqsədli və gəzən sursat funksiyalarına malik PUA-lar istehsal edir. Qarabağ müharibəsində Türkiyənin “Bayraktar-TB2” PUA-ları vasitəsilə Azərbaycan ordusu düşmənin 500-dən çox hədəfini zərəsizləşdirib. Ermənistana yalnız “Bayraktar-TB2″ PUA-ları ilə vurduğu zərər bir milyard dollardan artıq olub. Hazırda rəsmi Ankaranın PUA-ları Ukrayna, Qətər, Azərbaycan, Polşa , Türkmənistan , Qırğızıstan kimi ölkələrin silahlanmasına qəbul edilib”.

edalet 1681289097 1

Ədalət Verdiyev

Hərbi ekspertin sözlərinə görə, Aİ və NATO-ya daxil olan ölkələrin də Türkiyə istehsalı PUA-ları satın alması bu texnikaların nə qədər geniş imkanlara malik olmasından xəbər verir:

“Pakistan da Türkiyədən PUA almaq üçün müqavilə imzalayıb. Yaxın perspektivdə həmin texnikaların verilməsi gözləniləndir. Türkiyə ilə Ermənistan arasında müdafiə, hərbi-texniki sahədə əməkdaşlığı mövcud deyil. Rəsmi İrəvan müharibədən əvvəl Rusiyadan silah-sursat alırdı. Hazırda isə daha çox Hindistan və Fransadan silah alırlar. Onlar arasında reaktiv yayılım atəşi, özüyeriyən artilleriya qurğuları, hava hücumundan müdafiə sistemlərinə rast gəlirik”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: