“Qarabağ” – “Çelsi” matçını “CBC Sport”da şərh edən türkiyəli məşhur şərhçi Ertem Şenerin fikirləri diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, o, “Qarabağ”ı “Avropanın şahzadəsi” adlandırıb.
Ertem Şener “Qarabağ”ın artıq böyük klub olduğunu, Türk dünyasının Azərbaycan çempionu ilə qürur duyduğunu bildirib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” İngiltərə təmsilçisi “Çelsi”ni qəbul edib. Qarşılaşma 2-2 hesabı ilə başa çatıb.
Əliyar Xəlil