Türkiyənin kurort zonasında daha bir meşə yanğını – YENİLƏNİB

Antalya vilayətinin Manavqat rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə başlayan yanğın nəzarət altına alınıb.

Globalinfo.az xəbər verir ki, 1,5 hektar meşə ərazisi yanıb.

***19:18

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 3 helikopter, 4 təyyarə, 7 suçiləyici və 6 su tankeri cəlb olunub.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.