a9d1fd3c 0c87 38f8 9023 cbcd71950bd7 850

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Tədbirlərdə əvvəlcə milli liderlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib.

f26a19a0 f6f1 3671 a2cd 217a1d24c992

Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri təşkil olunub, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Çıxış edənlər Türkiyənin Cümhuriyyət bayramının Azərbaycanda təntənəli şəkildə qeyd edilməsindən, ölkələrimiz arasında münasibətlərin möhkəm qardaşlıq təməlləri üzərində qurulmasından danışıblar.

ea42497a a1f2 3d88 a031 8b81070ab824

Paylaş: