yasar guler 2212357

Türkiyənin ən böyük arzusu, Cənubi Qafqaz bölgəsində daimi sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh sazişininin əldə olunmasıdır.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər parlamentdə çıxışı zamanı bildirib.

“Bir millət, iki dövlət” anlayışı ilə ölkəmizin təhlükəsizliyindən, əmin-amanlığından ayrı görmədiyimiz əziz Azərbaycanın sabitliyi naminə hər zaman qardaşlarımızın yanında olduq və bundan sonra da belə olacaq”, – nazir söyləyib.

O, Türkiyə ordusunu “dost və qardaş ölkələrin gözlədiyi və etimad göstərdiyi güc faktoru” adlandırıb.

Suriyadakı son hadisələrə də toxunan nazir terrorçuların qonşu ölkədəki qeyri-sabit vəziyyətdən faydalanmasına imkan verilməyəcəyini vurğulayıb.

Paylaş: