esas3456

“Məşhur türkiyəli müğənni Haluk Leventin təsis etdiyi “Ahbap” Dərnəyinə tanınmış şəxslərin etdiyi ianələrin məbləği açıqlanıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin Alıoğlu məlumat paylaşıb.

O bildirib ki, ən yüksək fərdi pul ianəsini futbolçular Cengiz Ünder və Çağlar Söyüncü ediblər:

“Hər iki futbolçu dərnəyə ayrı-ayrılıqda 50 min avro – təxminən 97 min manat bağışlayıb.

Tanınmış iş adamı Acun Ilıcalı isə 100 yük maşını su və 5 milyon TL – təxminən 185 min manat dəyərində yardım göstərib”.

E.Alıooğlu digər ianə məbləğlərini də qeyd edib.

Beləliklə, “Ahbap” Dərnəyinə ianə edən məşhurlar və yardım məbləğləri:

– Acun Ilıcalı – 100 yük maşını su və 5 milyon TL – təxminən 185 min AZN.

– Can Yaman – 1 milyon 550 min TL – təxminən 57,3 min AZN.

– Tarkan – 1 milyon TL – təxminən 37 min AZN.

– Ajda Pekkan – 1 milyon TL – təxminən 37 min AZN.

– Sibel Can – 1 milyon TL – təxminən 37 min AZN.

– Gülşen – 1 milyon TL – təxminən 37 min AZN.

– Nuri Şahin – 1 milyon TL – təxminən 37 min AZN.

– Kıvanç Tatlıtuğ – 950 min TL – təxminən 35,2 min AZN.

– Ozan Tufan – 800 min TL – təxminən 29,6 min AZN.

– Cenk Tosun – 600 min TL – təxminən 22,2 min AZN.

– Murat Boz, Orhan Gencebay və Arda Turan – hər biri 500 min TL – təxminən 18,5 min AZN.

– Halit Ergenç və Bergüzar Korel – 400 min TL – təxminən 14,8 min AZN.

– Edis – 400 min TL – təxminən 14,8 min AZN.

– Burak Yılmaz – 300 min TL – təxminən 11,1 min AZN.

– Danla Bilic – 250 min TL – təxminən 9,3 min AZN.

– Kerem Bürsin, Mustafa Ceceli və Aras Bulut İynemli – hər biri 200 min TL – təxminən 7,4 min AZN.

– Burak Deniz, İrem Derici və Gülben Ergen – hər biri 150 min TL – təxminən 5,6 min AZN.

– Hazal Kaya – 120 min TL – təxminən 4,4 min AZN.

– Gökçe Bahadır, Ziynet Sali, Melis Sezen və Sarp Apak – hər biri 100 min TL – təxminən 3,7 min AZN.

– Cengiz Ünder və Çağlar Söyüncü – hər biri 50 min avro – təxminən 97 min AZN.

Qeyd edək ki, “Ahbap” işi Türkiyədə son günlərin ən çox müzakirə olunan qalmaqallarından biridir. İstanbul Baş Prokurorluğu Haluk Leventin təsis etdiyi “Ahbap” Dərnəyinin maliyyə fəaliyyəti və xüsusilə 2023-cü il zəlzələlərindən sonra toplanan ianələrin xərclənməsi ilə bağlı istintaq aparır. Haluk Levent irəli sürülən ittihamları rədd edir. İş üzrə araşdırma davam edir və yekun məhkəmə qərarı hələ verilməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: