ggg

Türkiyəli jurnalist Rasim Ozan Kütahyalı (ROK) saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

“Jurnalist Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayında saktakarlıq olduğu və buna görə partiyaya qəyyum təyin ediləcəyi ilə bağlı sosial mediada paylaşım edib. O, bu fikirlərinə görə tutulub”, – deyə bildirilib.

Onun barəsində Ankara Prokurorluğunda “xalqa səhv məlumat vermək” maddəsi ilə araşdırma başladılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: