Difference Hajj and Umrah feature 3

“Azərbaycanla İkinci Qarabağ müharibəsi zamanı tanış oldum. Ondan əvvəl heç gəlməmişdim. Məhz müharibə başlayanda gəldim. Gəldiyim zaman bir az həyəcanlı, təşviş içində olan bir Azərbaycan xalqı gördüm”.

Bu sözləri Globalinfo.az-a “Haber Global”ın müxbiri Murat Karataş Bakıda keçirilər Ümumdünya Şəhərsalma Formunun 13-cü sessiyası ilə bağlı danışarkən deyib.

O bildirib ki, ilk dəfə Azərbaycana gəldiyi zaman davam edən bir savaş var idi:

“Həmin savaşda məni ən çox təsirləndirən məqam o oldu ki, bütün Azərbaycan xalqı gedən müharibəyə inanmışdı. Hamı Qarabağın yenidən geri alınmasını istəyirdi. Xalqın inamı, istəyi, sevgisi… Mən həmin günləri heç vaxt unuda bilmərəm. Mən cəbhəyə yardım aparan insanları gördüm. Ehtiyac yox idi, amma insanlar yenə də yardım aparırdılar. Papaq, corab, əlcək, çörək, nə tapırdılarsa götürüb cəbhəyə çatdırırdılar. Əsgərlərə də deyirdilər ki, “biz bunu öz evimizdən gətirib sizə vermişik”. Yəni xalqın öz daxilindəki həmin həmrəyliyi mən ömrüm boyu unutmaram. Bu, sanki bir qurtuluş savaşı idi. Təsəvvür edin, ordu döyüşür, arxasında isə onu sonadək dəstəkləyən böyük bir xalq dayanır. Bunu düşündükcə indi də çox duyğulanıram (kövrəlir)”.

MCB Hajj 5 4

Müxbirimiz Zaira Akifqızı və Murat Karataş

Murat Karataş müharibədən sonra yenidən Azərbaycana gələndə isə burada daha xoşbəxt bir xalq gördüyünü vurğulayıb:

“Bəlkə mənə elə gəlir, bilmirəm, amma 2 il öncə COP29 zamanı Bakıya gələndə daha özünə güvənən, daha güclü, nə etdiyini bilən, qətiyyətli bir xalq gördüm. O zamankı müşahidələrimlə indiki müşahidələrim tam fərqlidir. İndi tamam başqa bir Azərbaycan var. Daim irəli gedən bir Azərbaycan! Qafqazda bir ulduz kimi parlayan, Qafqazın incisi olan bir Azərbaycan!

Türkiyəli jurnalist WUF-un daha əvvəl heç vaxt Qafqazda keçirilmədiyini qeyd edib:

“WUF ilk dəfə Azərbaycanda keçirilir. Niyə bu vaxta qədər Qafqazda yalnız Azərbaycanda təşkil olundu? Çünki Azərbaycanın yüksələn bir trendi var. Artıq bütün dünya Azərbaycan adlı bir ölkənin varlığından xəbərdardır. Hamı bunu bilir. Və Birləşmiş Millətlər Təşkilatının belə böyük bir tədbirinin Bakıda keçirilməsi bu baxımdan çox önəmlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: