
Türkiyəli aktyor Erkan Kolçan Moskvada futbol matçı zamanı zədələnib.
Globalinfo.az xəbər verir ki, bu barədə “mk.ru” məlumat yayıb.
“İyunun 12-də paytaxtın “Oktyabr” stadionunda müxtəlif yaradıcı peşələrin nümayəndələri arasında beynəlxalq bədii futbol turniri keçirilib. Kolçak zədələnəndə Türkiyə komandası Gürcüstanla yarışırdı. Aktyor ayağına dəyən topa görə yaralanıb. Həkimlər dərhal aktyora ilkin tibbi yardım göstərib, sonra o, sahəyə qayıdıb”, – deyə bildirilib.
Erkan Kolçakın vəziyyəti ilə bağlı ətraflı məlumat verilmir.
Qeyd olunub ki, ulduz matçdan sonra müayinədən keçəcək.
Əliyar Xəlil
Globalinfo.az