63e3d3b9dbb2a63e3d3b9dbb2b167587525763e3d3b9dbb2663e3d3b9dbb28

Türkiyənin zəlzələ baş vermiş 12 vilayətindən təxliyə edilən Azərbaycan vətəndaşları Gürcüstan vasitəsilə Vətənə gətiriliblər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, təxliyə edilənlərdən təxminən 100 nəfəri “Qırmızı Körpü” sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olublar.

Təxliyə prosesi Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə baş tutub.

Gürcüstan vasitəsi ilə Türkiyədən ümumilikdə 205 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

Digər Azərbaycan vətəndaşları da hazırda Gürcüstan ərazisindədir və onların gecə saat 02:00-dək Azərbaycana daxil olacağı bildirilib.

63e3d517b742463e3d517b7425167587560763e3d517b742163e3d517b7423 63e3d517ac74363e3d517ac744167587560763e3d517ac74063e3d517ac742

63e3d5179dadb63e3d5179dadc167587560763e3d5179dad963e3d5179dada

Paylaş: