necmeddin 6132

“Ötən il Türkiyə rəsmiləri AzərbaycanErmənistan arasındakı sülh danışıqlarını müzakirə etmək üçün Rusiya nümayəndələri ilə görüşəndə Moskvanın açıq mesajı var idi”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Middle East Eye”nin türkiyəli siyasi yazarı Ragıp Soylunun məqaləsində qeyd olunur.

Detallar videoda:

Soylunun sözlərinə görə, görüş zamanı rusiyalı rəsmilərdən biri Cənubi Qafqazı Kreml üçün “qırmızı xətt” adlandırıb:

“Bu açıqlamanın 44 günlük müharibədən sonra Ermənistanın Qərblə yaxınlaşması fonunda Rusiyanın məyusluğunu ifadə etdiyi bildirilir. 2025-ci ildə isə birbaşa ABŞ bölgəyə daxil oldu və Bakı ilə İrəvan arasındakı münaqişəyə son qoydu. Razılaşmaya əsasən, Vaşinqton 100 il müddətinə Cənubi Qafqazda tranzit dəhlizə nəzarət edəcək. ABŞ-ın təşəbbüsü ilə həm Azərbaycan, həm də Ermənistan liderləri sülhə sadiq qaldılar və ötən həftə bu ilin əvvəlində razılaşdırılmış saziş layihəsini imzaladılar. Amerikanın vasitəçiliyi fikir ayrılıqlarının aradan qaldırılmasında əsas rol oynasa da, RusiyaAzərbaycan münasibətlərinin kəskinləşməsinə də təsir etdi”.

Siyasi yazar BakıMoskva arasındakı gərginlik səbəbindən bir sıra sərt addımların atıldığını vurğulayıb:

“Yüksək səviyyəli rus diplomat nəşrə açıqlamasında gərginlik səbəbindən Rusiyada yaşayan 2-3 milyon azərbaycanlının hədəf alına biləcəyini söyləyib. Hazırda Rusiyada yaşayan azərbaycanlı milyarderlərin diqqətlə izləndiyi, Qod Nisanov və Zarax İliyevin də onların arasında olduğu deyilir.

Ümumiyyətlə, 2020-ci ildə baş verən 44 günlük müharibə zamanı Ankara Bakıya dəstək verdi. Türkiyə bununla yanaşı Azərbaycanda rusmeyilli qüvvələrin zərərsizləşdirilməsində də müəyyən rol oynayıb. Belə şəxslərdən biri də keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Məsələ ilə yaxından tanış olan mənbənin sözlərinə görə, 2020-ci ildə Sadıkov ordudan uzaqlaşdırılıb, Türkiyəyə aparılıb, orada sorğu-sual edilib”.

Globalinfo.az xatırladır ki, 2019-2020-ci illərdə hakimiyyətdə xeyli kadr islahatları aparıldı. Bu islahatlar nəticəsində Rusiyanın Azərbaycanda əsas adamı kimi tanınan Ramiz Mehdiyev, baş nazirin müavinləri Əli Həsənov, Hacıbala Abutalıbov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov vəzifədən uzaqlaşdırıldılar.

Nəcməddin Sadıqov isə 44 günlük müharibə zamanı vəzifəsindən azad edildi. Orduda Rusiyaya bağlı olduğu deyilən xeyli yüksək rütbəli zabit də prosesdən və işdən kənarlaşdırıldı. Bir çox ekspertin iddiasına görə, adları çəkilən şəxslər vəzifədə qalsaydılar, Azərbaycan müharibədə xeyli çətinliklə üzləşə bilərdi. Zaman və sonrakı proseslər bu tezisin müəlliflərini haqlı çıxardı.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: